Arakəsmələr

Biz müştərilərimizə yalnız ofis interyerinin hazırlanması üçün deyil, həmçinin əyləncə və ticarət mərkəzlərində hətta yaşayış yerlərində istifadə oluna bilən gözəl, sərfəli və etibarlı ofis arakəsmələri və qapıları təklif edirik!

Siz həmçinin şirkətimizdən:

- yana açılan şüşə qapılar, -

şüşə alüminium qapılar,

- şüşə arakəsmələr,

- şüşə ofis arakəsmələri,

- şəkillər əlavə edilə bilən şüşə qapılar,

- tutqunlaşdırılmış şüşə qapılar

sifariş edə bilərsiniz.

Stasionar arakəsmələr

Kabinetlərin ayrılması və ofis məkanının zonalara bölünməsi üçün səmərəli həll yolu

İndiki zamanda ofis məkanının zonalara bölünməsi üçün divarın tikilməsi tələb olunmur. Bu məsələ ofis arakəsmə və ya stasionar arakəsmələr sistemləri vasitəsilə uğurla həll olunur.Məkanın döşəməsinə və tavanına bərkidilən divar konstruksiyaları stasionar arakəsmələr adlanır. Stasioanar arakəsmələr yüksək möhkəmliyə malikdirlər ki, bununla onlar mükəmməl səs izolyasiyasını təmin edir. Belə arakəsmələrin adi divardan əsas fərqi onların dekor işləri üçün daha geniş imkan yaratmasıdır.Stasionar arakəsmələr üçün material kimi şüşə istifadə oluna bilər. Bundan asılı olaraq arakəsmələr tam və ya şəffaf ola bilərlər. Həmçinin şəffaf və tam hissəni birləşdirən kombinə olunmuş ara kəsmələr mövcuddur. Növlərin müxtəlifliyi arakəsmələrin məkanın interyerinə rahat şəkildə uyğunlaşmasına imkan yaradır.Stasionar arakəsmələrin “Ofis” adını almasına baxmayaraq onların istifadə sahəsi ofislərlə məhdudlaşmır. Onlar ticarət komplekslərində, nəqliyyat kəsişmələrində, banklarda, ictimai binalarda, istehsal müəssisələrində, fitnes-mərkəzlərdə, təhsil və elmi müəssisələrdə və s. yerlərdə quraşdırıla bilər.ProfStil şirkəti bazarda ən geniş çeşidə malik stasionar arakəsmələr təklif edir.Ofis, ticarət və ya istehsal müəssisələri üçün standart hündürlüyü (3-4 metr) və yüksək səs izolyasiyası (40 – 50 dB) olan müasir həll yoludur.

Yana açılan arakəsmələrin müxtəlif quraşdırılma yolları, yükü döşəməyə, həm də tavana paylamağa imkan verir. Kənar divar modulu həmişə qapı hesab edilir (bununla belə konstruksiyanın mərkəzində 2-laylı qapının quraşdırılması imkanı saxlanılır)Yana açılan arakəsmələrin istifadə sahəsiArakəsmələr mehmanxanalarda, restoranlarda, konfrans-zallarda, təlim və təhsil müəssisələrində, ofislərdə və s. yerlərdə geniş yayılmışdır.Bir sözlə, ölçülərin qısa zamanda dəyişdirilməsi və məkanın təyinatı tələbi olan hər yerdə. Yana açılan arakəsmələr mürəkkəb texnoloji məhsuldur, bununla belə çox yüngül, istifadəsi isə çox sadədir. Yana açılan arakəsmələrin idarə olunması üçün xüsusi bacarıqlar və ya fiziki güc tələb olunmur. Konstruktiv və istifadə olunan materiallar üzrə mövcud müxtəlif variantlar arasında ən geniş yayılanı tam yana açılan arakəsmələr və tərkibində qapı quraşdırılmış yana açılan arakəsmələrdir.

Tam şüşəli arakəsmələr

Bərkidilmiş şüşədən hazırlanan və sıxıcı profilə quraşdırılan arakəsmələrə daha çox ticarət mərkəzlərində, mağazalarda, sərgi komplekslərində və s. yerlərdə rast gəlinir.

Ticarət arakəsmələrinin əsas üstünlüyü – maksimum açıqlıq, şəffaflıq və təhlükəsizlikdir (şüşənin sındırılması zamanı kiçik hissələr parçalanır və təhlükə yaratmır). Ticarət arakəsmələri ticarət mərkəzlərində vitrin kimi quraşdırılır və məkanı yalnız zonalara bölməyə deyil, həmçinin ticarət zonasının hazırlanmasına imkan yaradırAlüminium arakəsmələrin əsas məqsədiMaksimum möhkəmlik, dayanıqlılıq və konstruksiyanın etibarlılığı. Bu xüsusiyyətlərin hamısını karkas olaraq istehsal mərhələsində möhkəmlənmə prosesini və süni köhnəlmə prosedurunu keçən alüminium profilin istifadə edildiyi halda əminliklə təmin etmək olar. Keyfiyyətli furnitur tirlərin və dirəklərin etibarlı birləşməsini təmin edir

Alüminium arakəsmələr

Arakəsmələr istifadə olunan karkas və üzlük profildən asılı olaraq tamamilə fərqli ola bilər. Polad karkasda arakəsmələrdən fərqli olaraq alüminium arakəsmələr daha cəlbedici və profilin həndəsi quruluşu və keyfiyyətlə işlənib hazırlanmış qovuşuqlar hesabına daha səliqəli görünür

Biz satılan hər məhsulun üçün uzun ömürlülüyünə, etibarlılığına və yüksək keyfiyyətinə təminat veririk!

Bütün xidmətlər