Alüminium Qapı Pəncərə

Hal-hazırda tikinti sahəsində alüminium pəncərələr geniş istifadə olunmağa başlayır. Belə pəncərələr ticarət, ictimai binalarda və istehsal yerlərində quraşdırılır. Onlar PVX pəncərələrlə müqayisədə bir çox üstünlüklərə malikdir. Müasir alüminium pəncərələr daha az deformasiyaya məruz qalır, bu səbəbdən də böyük ölçülü pəncərələr hazırlamaq mümkündür. Pəncərələr qış vaxtı konstruksiyanın donmasına mane olan poliamid istilik körpülərinin tətbiq edilməsi ilə preslənmiş alüminium profillərdən hazırlanır.

Alüminium pəncərələrin üstünlükləri:

geniş şüşələnmə sahəsi olan məkanlar üçün ideal variant

Böyük vitraj və mürəkkəb konstruksiyaların hazırlanması imkanı tələb olunan mühafizə səviyyəsi (mağazalar, ofislər, banklar üçün)

yüngüllük və möhkəmlik uzun ömürlülük istənilən rəng həlli korroziyaya, deformasiyaya və ətraf mühitin digər zərərli təsirlərinə qarşı dayanıqlılıq ultrabənövşəyi şüalanmanın, həmçinin turşunun, yağların, qazların təsirinə reaksiya vermir xüsusi qulluq tələb etmir bütün istismar müddəti ərzində ekoloji faydalı xüsusiyyətlərini saxlayır

Müasir alüminium profillər pəncərə kimi sadə bir məhsulu zərif, cəlbedici konstruksiyaya çevirməyə imkan verir. Yüksək keyfiyyətli komponentlər alüminium pəncərələrdə uzunömürlülük, atmosfer təsirlərinə qarşı dayanıqlılıq, şüşəpaketlərin və məhsulların hermetikliyi, yüksək istilik və səs izolyasiya xüsusiyyətləri kimi istismar xarakteristikalarının əldə edilməsinə imkan yaradır. Müasir alüminium pəncərələr xüsusi qulluq tələb etmir, onlar sadədir və istismar edilməsi rahatdır.Alüminium pəncərələrin doldurulmasında şüşə, şüşəpaketlər, sendviç-panel istifadə olunur. Pəncərələrin istehsal olunması üçün istifadə olunan xüsusi avadanlıqlar pəncərə konstruksiyalarının həndəsi formalarında (düzbucaqlı, trapesiya, üçbucaq) müxtəlifliyin əldə edilməsinə imkan yaradır. Alüminium pəncərələr tutqun və ya parlaq çalarlar daxil olmaqla müxtəlif rəngdə ola bilər.

Şirkətin menecerləri sizi PVX və alüminiumdan hazırlanan işıqkeçirən qoruyucu konstruksiyalara qarşı qüvvədə olan normativ tələblərlə tanış edəcək, zəruri istehlak özəlliklərinin (işıqlandırma, ventilyasiya, istilik və səs izolyasiyası) təmin olunmasına əsaslanaraq məkanınız üçün ən münasib məhsul konfiqurasiyası və komplektasiyasını seçməkdə yardım edəcəklər.

Ölçüsündən, formalarından və rənglərindən asılı olaraq pəncərələrin qiyməti əsaslı şəkildə bir-birindən fərqlənə bilər. Mütəxəssislərimiz sifariş qiymətinin və komplektasiyasının ən uğurlu nisbətini seçməyə yardım edəcəklər. "ProfStil" şirkətindən pəncərələr almaqla Siz uzun müddətə etibarlılığı, keyfiyyəti və komfortu təmin edirsiniz!Alüminium profillərin istifadə olunması qapıların, ağır yük və intensiv istismar üçün nəzərdə tutulmuş giriş elementlərinin yüksək etibarlılığını təmin edir. Onlar böyük insan axını olan müəssisələrə, müəyyən səviyyədə təhlükəsizlik və mühafizə tələb olunan məkanlara, həmçinin ofis arakəsmələri sistemlərinə ideal şəkildə uyğun gəlir.

Alüminium qapıların əsas üstünlüyü stabillik və konstruksiyanın həndəsi dəyişilməzliyidir.

Alüminium qapıların uzun müddətli istismarı həmçinin tətbiq olunan bağlayıcı furnitur və rəzələrdən də asılıdır.

Yellənən alüminium qapılar

Yellənən qapılar– çox açılıb-bağlanan yerlər üçün ideal variantdır. Böyük ticarət mərkəzi, fast food restoranları və ya vağzal olub-olmamasından asılı olmayaraq yellənən qapıların unikal konstruksiyası böyük insan axınının eyni zamanda hər iki tərəfə hərəkət etməsinə imkan yaradacaq ki, bu da rahatlığı, yüksək keçirmə qabiliyyətini və qonaqlarınızın tam təhlükəsizliyini təmin edir.

Yana açılan alüminium qapılar

Bir tərəfə və hər iki tərəfə tərəfə açılan qapılar məkanın içində estetik şəkildə hazırlanmış giriş yeri formalaşdırır və nöqsansız işləməsini təmin edir. Qapılar hermetik olmadığından və soyuq üçün maneə təşkil etmədiyindən belə məhsullara qarşı istilik izolyasiyası ilə bağlı tələblər irəli sürülmür.

Yana açılan qapılar ictimai binalarda, ofislərdə, banklarda istifadə olunur.

Bütün xidmətlər